Bu gün axşam saatlarında Bakının ən böyük prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, qəza prospektin şəhərdən Heydər Əliyev adına hava limanına gedən istiqamətdə, Nizami rayon 23 saylı Polis Bölməsinin yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində biri yolsuzluq avtomobili, digəri isə “Mercedes” olmaqla iki maşın toqquşub. Zərbənin təsirindən avtomobillər alovlanıb. Qəza nəticəsində baş vermiş yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.
Hadisə zamanı xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.