Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalça muzeyinin direktoru klassik Qarabağ xalçasından yazdı - FOTO
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sosial media hesabında maarifləndirici paylaşım edib.
Onun paylaşımı "Muğan" xalçası ilə bağlıdır. Xalçanın eskizini paylaşan Ş.Məlikova yazıb:
"Bu gün sizə məşhur xalçaçı alim Lətif Kərimovun müəllifi olduğu klassik Qarabağ kompozisiyası olan "Muğan" xalçasının eskizini təqdim edirik. Bu xalçanın adı Kür və Araz çayları arasındakı Muğan düzünün adı ilə bağlıdır. "Muğan" xalçalarının dekoru "köhnə naxış" adlanan 12 qarmaqlı elementdən ibarətdir ki, bu da 12 ilə işarədir. Qədim türk xalqlarında təqvim gün və aylarla yanaşı, 12 il ilə də hesablanırdı. Bu eskizdə biz müəllifin klassik "Muğan" xalçasına özünəməxsus tərzdə interpretasiyasını görə bilirik. Eskiz orijinal və bu xalçalara xas olmayan tərzdə - xardalı rəngin üstünlüyü və doldurucu elementlər kimi heyvan təsvirləri ilə yaradılıb".
Qarabağ qrupuna aid "Muğan" xalçasının eskizi.
Müəllif: Lətif Kərimov. 1967. Kağız, quaş, akvarel. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası
"Şirin Məlikova" teqi üzrə xəbərlər
- Şirin Məlikova: "Əjdaha" ovlayırdım, alman dilerə ona görə ikiqat qiymət demişdilər"
- Milli Xalça Muzeyi bu həftə kosmos mövzusuna həsr olunmuş xalçaları təqdim edəcək - FOTO
- Milli Xalça Muzeyindən növbəti virtual tur - VİDEO
- Milli Xalça Muzeyi dördüncü dəfə "Tripadvisor Travellers" Choise" sertifikatına layiq görüldü
- Azərbaycan Milli Xalça Muzeyi təcrübə proqramı elan edir
Rəylər