Uzun sürən xəstəlikdən sonra xalq artisti, rəqqas Böyükağa Məmmədov 90 yaşında vəfat edib.
Oxu.Az-ın məlumatına görə, dəfn mərasimi sabah “Təzə Pir” məscidində baş tutacaq.
Qeyd edək ki, B. Məmmədov uzun müddət “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.
Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini təmsil edib.