Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Respublika Diaqnostika Mərkəzindən xəbər verilib.
Xəstəxanadan bildirilib ki, Qəndab Quliyeva iyunun 16-da xəstəxanaya gətirilib:
“Qorxulu, ciddi mənada narahatlıq yaradan problem olduğunu deyə bilmərik. Artıq beş gündür xəstəxana müalicə alır. Əvvəl palataya yerləşdirilmişdi, bu gün isə reanimasiyaya köçürülüb”.
S.B.
www.oxu.az