Xalq şairi Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olunacaq.
Bu barədə Oxu.Az-a məlumat Azərbaycan Yazıçılar Birliyindən verilib.
Mərhumla vida mərasimi mayın 5-də saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.
Qeyd edək ki, S. Tahir bu gün dünyasını dəyişib. Şəkər xəstəliyindən əziyyət çəkən şairin bu yaxınlarda hər iki ayağı amputasiya olunmuşdu.