Xalq şairi Söhrab Tahirin ayağı amputasiya olunub.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib.
Onun sözlərinə görə, S.Tahir dünən xəstəxanaya yerləşdirilib:
“Söhrab Tahirin səhhətində dünən ciddi problem yaranıb. Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Söhrab müəllimin sağ ayağı amputasiya olunub”.