"Anar müəllimin səhhətində heç bir problem yoxdur".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid bildirib.

"Anar müəllimlə indi danışdım. Səhhətində heç bir problem yoxdur. Kefi kök, canı salamatdır. Bir saatdan sonra da gələcək Yazıçılar Birliyinə. O şəkillə bağlı da dedi ki, nə vaxtsa ayağı ağrıyanda xəstəxanaya gedəndə çəkilib. Hazırda nə ayağında, nə səhhətində heç bir problem yoxdur", - deyə R.Məcid vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Xalq yazıçısı Anarın əlil arabasında şəkli paylaşılıb və onun səhhətində problem olması ilə bağlı iddialar yayılıb.

Əzizə İsmayılova