Rusiyanın tanınmış opera müğənnisi Dmitri Xvorostovski ölümündən sonra “Qremmi” mükafatına namizəd göstərilib.
Oxu.Az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat yerləşdirilib.
D.Xvorostovskinin dirijor Konstantin Orbelyanla birlikdə “Ən yaxşı klassik solo vokal albomu” (“Sviridov: Russia Cast Adrift”) kateqoriyası üzrə namizədliyi irəli sürülüb.
Opera ifaçısı 22 noyabr 2017-ci ildə Londonda vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Mükafatlandırma mərasimi 2018-ci il, 28 yanvarda baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az