Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Ya Qarabağ, Ya Ölüm” şeirinin müəllifi vəfat etdi
Türk dünyasının tanınmış sənətçilərindən olan Ozan Arif təxəllüsü ilə tanınan Arif Şirin 70 yaşında vəfat edib.
“Haber 7” saytının məlumatına görə, sənətçi müalicə olunduğu Samsun Ondokuz Mayıs Universitetinin tibb fakültəsinin xəstəxanasında dünyasını dəyişib.
Türkiyə aşıq şeirinin nümayəndələrindən biri olan Ozan Arif Azərbaycanda “Ya Qarabağ, Ya Ölüm” şeirinə görə tanınıb. O, bu şeiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və Dağlıq Qarabağ, eləcə də, ətraf rayonlarının işğalına həsr edib. Şeir 1992-ci ildə yazılıb.
Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bu misraları yazıb:
Madımak toplayıp yesem o anda,
Yola revan olsam aynı zamanda,
Bir gece misafir Azerbaycan'da,
Kalmadan ölürsem, ona yanarım.
Samir İsayev
"Ermənistan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
Rəylər