Prezident İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilib.