Xalq artisti Zeynəb Xanlarova Amerikada konsert verəcək.
Oxu.Az-ın haberlersondakika.gen.tr saytına istinadən verdiyi məlumata görə, xalq artisti 2015-ci ilin aprel ayında Nyu-Yorkda konsert verəcək.
Z.Xanlarovanın 2015-ci ilin mart ayında Kanadanın Toronto şəhərində, eləcə də ABŞ-da, San-Fransiskoda da konserti planlaşdırılır.
Azərbaycan Nyu-York Cəmiyyətinin sədri Ercan Yerdelenli “Zeynəb Xanlarova kimi sənətkarı Nyu-Yorkda pərəstişkarları ilə görüşdürmək bizim üçün çox əhəmiyyətlidir. Başda Azərbaycan vətəndaşları olmaqla bütün dünya Zeynəb xanımı tanıyır və sevir. Bizim də bu konserti təşkil etməkdə bir köməyimiz olsa çox xoşbəxt olarıq” deyib.