Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib - VİDEO
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib.
Nazirlikdən qeyd olunub ki, bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.
Mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törətmək məqsədilə qurulan minalar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib və ərazidən müsadirə edilib.
Məlumata görə, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.

"Ermənilərin təxribatı" teqi üzrə xəbərlər
- Rəsmi Bakıdan Kanadanın XİN başçısına sərt tənqid: "Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır"
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
- Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
- Pakistanlı jurnalist Ağdam Cümə məscidində azan verdi