ATƏT-də qarşıdan gələn sədrlikdə Almaniya ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləməyə davam edəcək.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə komissarı Andreas Peşke Ermənistanın xarici işlər nazirinin müavini Karen Nazaryan ilə görüş zamanı bildirib.
Andreas Peşke etimad və təhlükəsizliyin möhkəmləndirilməsinə istiqamətləndirilmiş tədbirlərin həyata keçirilməsinin mühümlüyünü qeyd edib.
2016-cı ilin yanvar ayının 1-dən etibarən Almaniya ATƏT-in sədrliyini qəbul edəcək.