Azərbaycanın cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstək olanların sayı durmadan artır.
Bu məqsədlə “ANC Group” şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat vəsait ayırıb.
Həmçinin “Rahat market”in 100-ə yaxın əməkdaşı da könüllülər və çağırışçılar sırasındadır.
Bu səbəbdən şəbəkə rəhbərliyi cəbhəyə yollanan əməkdaşlarının ailələrini ziyarət edib, onlara dəstəyini çatdırıb. Bildirib ki, heç bir əməkdaşın gözü arxada qalmasın, daim ailələrinin yanında olacağıq.
“Rahat market”in rəhbərliyi və kollektivi hərbi xidmətdə olan əməkdaşları və bütün hərbi qulluqçuları ilə qürur duyur, onlara bol uğurlar arzu edir.
Qarabağ Azərbaycandır!