Biz prezident İlham Əliyev və digərləri ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi danışıqlar gözləyirik.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında yazıb.
“Hər kəs bundan faydalana biləcək”, - Uorlik qeyd edib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycanda, sabah isə Ermənistanda görüşlər keçirəcək.
www.oxu.az