ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın baş naziri və XİN başçısı İvitsa Daçiç Cənubi Qafqaz regionuna səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə news.am-a ATƏT-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, səfər yay ayına planlaşdırılıb. Səfərin daha dəqiq tarixi hazırda dəqiqləşdirilir.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin səlahiyyətlərinə münaqişələrin həlli daxildir.