“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycanın artilleriyaçılardan ibarət komandası Qazaxıstana yola düşüb.
Oxu.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müsabiqə Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.