Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan Ermənistanın silahlanmasına cavab tədbirləri üçün müdafiə xərclərini KƏSKİN ARTIRDI
Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.
"Report"un məlumatına görə, nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396.3 milyon manata çatdırılıb.
Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.
"Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək", - deyə nazirlik bəyan edib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Prezident İlham Əliyevdən Sabir İlyasovla bağlı SƏRƏNCAM
- Azərbaycan "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulur
- Prezidentdən "Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı FƏRMAN