Türkiytənin Konya vilayətində “Antalya simurqu – 2018” beynəlxalq hərbi təlimləri keçirilir.
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildiriblər ki, təlimlərə Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı Şimali Kipr Türk Respublikasının silahlı qüvvələri cəlb edilib.
Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, təlimlərin əsas məqsədi 4 ölkənin ordu birləşmələrinin birgə hərəkətlərinin tənzimlənməsidir.
Bir sıra ssenari, o cümlədən şərti düşmənin nəzarətindəolan ərazidən hərbi personalın təxliyə edilməsi və desant atılması üzrə təlimlər baş tutub.