NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı (PfP) çərçivəsində baza qış-dağ hazırlığı Bakurianidə keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.
Saçhere (İmereti) polkovnik Besika Kutateladze adına Dağ Hazırlıq Məktəbinin təlimlərində Şimali Atlantik Alyansının üzv ölkələri və tərəfdaşlarının 28 hərbçisi iştirak edir.
Türkiyə, Litva, Latviya, Polşa, Ukrayna, Ermənistan və Azərbaycan hərbçiləri xizək sürməyi, uzaq məsafəyə yürüşlər həyata keçirməyi öyrənirlər. Və xizəklərlə maneələr xəttini aşmağı öyrənirlər.
Kritik vəziyyətlərin idarəsini öyrənmək məqsədi ilə kursun iştirakçıları arasında hərbçilərin, qar uçqunu altında qalmış adamı tapmaq, xərək vasitəsilə təxliyyə etmək ssenarisi hazırlanıb.
Onlar həmçinin qarlı relyefdə sığınacaq qurmalı və qar evində gecə keçirməli olublar.
Təlimləri polkovnik Besika Kutateladze adına Saçher Dağ Hazırlıq Məktəbinin məktəbinin təlimçiləri aparır.
Təlimlər başa çatdıqda hərbçilər texniki və fiziki sınaqlardan keçəcək. Sınaqları uğurla keçdikdə sertifikatlar, döş nişanları və qış-dağ hazırlıqları kursunda iştirak üçün tövsiyə alacaqlar.