Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Sentyabrın 25-də general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Strateji Planlar Departamentinin baş direktoru general-leytenant Yusuf Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri Z.Həsənov Azərbaycanla Pakistan arasında, bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də əlaqələrimizin xalqlarımızın maraqlarına xidmət etdiyini qeyd edib, eləcə də qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsinin ölkələrimiz arasında yüksəksəviyyəli əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.
Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümüdür
- Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edirlər
- Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik olunub
- Zərərçəkmiş şəxs: "Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu"
- Əlahiddə Ümumqoşun Orduda təlim toplanışı keçirilib