Qarabağda qarşıdurma zamanı erməni tərəfində 200-dən çox ölən və 500-dən çox yaralanan olub.
Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bəyan edib.
“Hələ dünən erməni tərəfi 29-nin öldüyünü demişdi, bu gün isə bu rəqəm 50-dir. Həqiqətdə isə erməni tərəfinin itkiləri qat-qat çoxdur. Ölən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”, - V.Dərgahlı deyib.
Onun sözlərinə görə, hərbi əməliyyatların gedişatında erməni tərəfində yaralananların sayı 500-dən artıqdır.
Daha öncə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfindən 31 nəfərin həlak olduğu barədə məlumat yayılmışdı.