Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, sentyabrın 20-də Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidməti məlumat yayıb.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Keçirilən tədbirlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.
Çıxış edənlər bildiriblər ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Respublikası xarici havadarlarının köməyi ilə ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirərək torpaqlarımızın 20 faizini işğal edib, xalqımıza qarşı insanlıq əleyhinə cinayətlər apararaq şəhər və kəndlərimizi viran, təbii sərvətlərimizi isə talan edib, eləcə də dövrümüzün ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törədib.
Düşmənin növbəti hərbi təcavüz və təxribatlarının qarşısı 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatında alınaraq tarixi Zəfər qazanılıb, torpaqlarımız işğaldan azad olunub. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, həmçinin şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar.
Rəylər