Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir
İyunun 5-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Şuhrat Xalmuxamedovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Daşkənddə Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.
Daha sonra general-polkovnik K.Vəliyev özbəkistanlı həmkarı ilə görüşüb. Özbəkistan Respublikası Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı məlumat mübadiləsi aparıblar.
Baş Qərargah rəisinin Özbəkistana səfəri iyunun 7-dək davam edəcək.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub
- Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər
- Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
- Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir