Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Ordusunun vəfat edən əsgəri ilə bağlı RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Baxşəliyev Adil Baxşaliyeviçin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Azərbaycan Ordusunun əsgəri vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əsgər Baxşəliyev Adil Baxşaliyeviç 2024-cü il dekabrın 29-da vəfat edib.
O, Kəlbəcərdə hərbi xidmət keçirdi.
Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Pakistan səfiri Azərbaycana başsağlığı verib
- Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub