Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan Ordusunun Naxçıvandakı təlimindən GÖRÜNTÜLƏR
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.
Qeyd olunub ki, real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib. Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və nizamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə də atəşin idarə edilməsi zamanı funksional vəzifələrinin praktiki icrasına və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanla NATO-ya üzv ölkələr arasında sənəd imzalanıb
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib
- Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
- MN-in sabiq idarə rəisi və bölmə müdirinə HÖKM OXUNDU
- DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır