Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.
Şəhid əsgər Anar Kazımov doğulduğu Qaracəmirli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.













