Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin iki ədəd “MiQ-29” qırıcı və üç ədəd “Su-25” hücum təyyarələri iştirak edəcək.