Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” yarışlarına qatılıblar.
Bu barədə məlumat Oxu.Az–a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.
Məlumata görə, bu gün müsabiqələrdə iştirak edən tankçılarımız bütün hədəfləri məhv edərək yarımfinala vəsiqə qazanıblar.