Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər, bunu Trend-ə diplomatik mənbədən deyiblər.
Oxu.Az-ın məlumatına görə, danışıqlar Pakistan Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun oktyabrın 18-21-də Azərbaycana səfəri çərçivəsində baş tutacaq.
Səfər zamanı tərəflərin regionda təhlükəsizliklə bağlı vəziyyəti də müzakirə edəcəyi gözlənilir.