Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər toplandılar
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplantıda xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş 34 nümayəndəsi iştirak edib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışaraq bildirib ki, Azərbaycan tarixi Zəfər qazanaraq 30 illik işğalı sona çatdırdı, separatçı rejimə son qoydu və Cənubi Qafqaz regionunun təhlükəsizliyi təmin edilib.
Toplantıda bu il ərzində ölkədə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən attaşelərin Azərbaycanın müxtəlif ərazilərinə etdikləri ziyarətlər barədə geniş məlumat verilib.
Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədə bir sıra hərbi obyektlərdə olub
- Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olunub
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər
- Komando bölmələrinin taktiki-xüsusi təlimindən görüntülər
- Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı MƏLUMAT YAYDI
Rəylər