Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir?
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.
Oxu.Az xəbər verir ki, bu "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır.
Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaqlar.
"Hərbi xidmətə çağırış" teqi üzrə xəbərlər
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
- Hərbi geyim forması ilə bağlı qaydanı pozanlar 1000 manatadək cərimə oluna bilərlər
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
- Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb