Azərbaycan və Çexiya müdafiə nazirliklərinin nümayəndələri yaxın günlərdə Ukraynaya səfər edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə brifinq zamanı Ukrayna Hərbi Qüvvələrinin baş qərargahının spikerinin vəzifələrini icra edən Vladislav Seleznev bildirib.
“Ukrayna Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının Silahlı qüvvələrinin hərbi həkimlərindən ibarət heyət səfər edəcək, onlar ukraynalı əməkdaşları ilə təcrübə mübadiləsi aparacaq və USQ-yə (Ukrayna Silahlı Qüvvələri) yardım istiqamətlərini müzakirə edəcəklər”, - Seleznev bildirib.
Onun sözlərinə görə, Kiyevdə Ukrayna və Çexiya respublikasının müdafiə nazirliklərinin və müdafiə sənaye kompleksi müəssisələrinin ekspertlərinin ikitərəfli görüşləri keçiriləcək.