Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub
NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən Alyansın üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iclasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir sıra görüşlər keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Lusiano Portolano və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Qabor Böröndi ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın carı vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Görüşlərdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə də iştirak edib.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Pakistan səfiri Azərbaycana başsağlığı verib
- Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub