Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda TDT gömrük xidməti rəhbərlərinin onuncu iclasında bir sıra sənədlər imzalanıb
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) gömrük xidməti rəhbərlərinin onuncu iclasında bir sıra sənədlər imzalanıb.
Oxu.Az xəbər verir ki, TDT gömrük xidməti rəhbərlərinin onuncu iclasının protokolu, 2022-ci il noyabrın 11-də Səmərqənddə imzalanmış "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması" haqqında saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gömrük adminstrasiyaları arasında məlumat mübadiləsinin texniki şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə fəaliyyət planı sənədləri imzalanıb.
Qeyd edək ki, Bakıda keçirilən TDT-nin gömrük xidməti rəhbərlərinin onuncu iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın gömrük xidmətləri rəhbərləri ilə yanaşı BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, habelə Gürcüstan və Macartıstanın gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.
Aləmdə Nəsib
"Türk Dövlətləri Təşkilatı (TDT)" teqi üzrə xəbərlər
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər
- Milli Məclis tərəfdaşlıq sazişini ratifikasiya edib
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Türk dünyası üçün yeni iqtisadi və siyasi fürsət: Regional əməkdaşlıq gücləndirilir