Qondarma “Dağlıq Qarabağ Respublikası”nın apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə qərarını qüvvədə saxlayıb.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “qərar” bu gün elan olunub.
Xatırladaq ki, bir müddət əvvəl erməni separatçıları qondarma “məhkəmədə” Rusiya vətəndaşı Dilqəm Əsgərova ömürlük, onunla birlikdə girov götürülmüş Azərbaycan vətəndaşı Şahbaz Quliyevə isə 22 il həbs cəzası veriblər.