Populyar azərbaycanlı rəqqasə Oksana Rəsulova Novruz bayramı münasibəti ilə yeni fotosessiya təqdim edib.
Rəqqasənin Oxu.Az-a verdiyi məlumata görə, hind rəqslərinin mahir ifaçısı bu dəfə milli üslubda çıxış edib.
“Novruz bizim ən sevimli bayramımızdır. Azərbaycanda bu bayram xüsusi əhval-ruhiyyədə qeyd olunur. Mən milli adət-ənənələrimizə xüsusi hörmətlə yanaşıram”, - deyə rəqqasə bildirib.
Obrazlar modelyer Mila Melikovaya, vizaj isə Nura Babayevaya məxsusdur.
Aytən Sadıqzadə
www.oxu.az