Kəlbəcərdə erməni işğalçılarının girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün çox ciddi işlər görülür.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, girovlara qondarma məhkəmənin qurulması Ermənistan hökuməti və bu ölkədəki rejimin Azərbaycan xalqına nə dərəcədə düşmənçilik mövqeyində dayanması, nə qədər aqressiv mövqe tutduğunu göstərdi:
“Bununla da ermənilər özlərini bir daha beynəlxalq ictimaiyyət qarşısında biabırçı vəziyyətə salırlar. Nə qədər ki, girovlarımıza qarşı bu mövqedən çıxış edəcəklər, bir o qədər dünya qarşısında öz həqiqi mahiyyətlərini göstərəcəklər”.