Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Baş Qərargah rəisi Azərbaycan Ordusunun təlimini izlədi, göstərişlər verdi
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirildikdən sonra komandir heyətinin məruzələri dinlənilib. Baş Qərargah rəisinə məruzə olunub ki, plana əsasən, həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilərək, cəmləşmə rayonlarına çıxarılıb.
Təlimdə əsas diqqət Vətən müharibəsi və ondan sonrakı əməliyyatlar, eləcə də dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla mühəndis təminatı üzrə müxtəlif tapşırıqların icrasına yönəldilib.
Taktiki-xüsusi təlimin gedişini müsbət qiymətləndirən Baş Qərargah rəisi bu kimi təlimlərin keyfiyyətinin daha da artırılması və onların real döyüş şəraitinə uyğun keçirilməsi barədə göstəriş verib.

"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Azərbaycan və İtaliya generalları görüşdülər
- Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir
- Türkiyə nümayəndə heyəti xüsusi təyinatlıların silah və texniki vasitələri ilə tanış olub
- Azərbaycan Ordusunda komanda-qərargah məşqi keçirilir
- Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub