Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Montyor iş başında öldürüldü - Tərtəri SARSIDAN CİNAYƏT
Bu ilin fevralın 26-da Tərtər rayonu, Buruc kənd sakini 1984-cü il təvəllüdlü Elbrus Şəmilovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Tərtər Rayon Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, istintaqla Tərtər Suvarma Sistemləri İdarəsində elektrik montyoru vəzifəsində işləyən Elbrus Şəmilovun xidməti vəzifəsini yerinə yetirərkən həmkəndlisi, 1971-ci il təvəllüdlü Muradxan Hüseynov ilə aralarında mübahisə baş verməsi səbəbindən sonuncunun onu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Muradxan Hüseynova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
- Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi
- Goranboyda "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA
- Gəncədə qəbiristanlıqda bıçaqlanma: 70 manata görə dostuna xəsarət yetirdi
- Arvadına dörd bıçaq vuran şəxsə şərti cəza verildi