Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasına rəsmi səfərinin növbəti günündə Roma şəhərində yerləşən NATO Müdafiə Kollecini ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, General-polkovnik K.Vəliyev kollecin komandanı general-leytenant Maks Nilsenlə görüşüb.
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə hərbi təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri haqqında geniş müzakirələr aparılıb.
Sonra kollecin tarixi, əsas fəaliyyət istiqamətləri və tədris prosesi, həmçinin dinləyicilər üçün burada yaradılmış şərait barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ətraflı məlumat verilib.
Sonda general-polkovnik K.Vəliyev NATO-nun "Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası" çərçivəsində xidmət edən, həmçinin "NATO regional əməkdaşlıq kursu"nun dinləyiciləri olan azərbaycanlı hərbi qulluqçular və mülki heyətlə görüşüb, onların təhsili və tədris şəraiti ilə maraqlanıb.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
- Zakir Həsənov kollegiya iclası keçirdi, göstərişlər verdi
- Şəhid övladı faciəvi şəkildə həlak oldu
- Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
- Qərbi Azərbaycan Xronikası: "Qorbaçova arxalanan ermənilər azərbaycanlıları sıxışdırıblar"