Avropada miqrasiya böhranı başlayandan Ermənistan minlərlə suriyalı, həmçinin xristian erməni icmasının nümayəndələrini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə “BBC News”un məqaləsində deyilir.
“BMT-nin Qaçqınlar Agentliyinin məlumatına əsasən, Suriyada böhran başlayandan bu yana 15 000 suriyalı Ermənistanda sığınacaq tapıb”, - məqalədə qeyd olunub.
“Ermənistanın şəhərlərinə getməyən əksər ermənilər Dağlıq Qarabağda məskunlaşıb.
Məskunlaşma üzrə əyalət departamentinin sədri Robert Matevosyan deyib ki, daha çox suriyalı ermənilər bu ərazilərdə məskunlaşmağa maraq göstərir”, - məqalədə deyilir.