2012-ci ildə Belarusun BMT-yə təqdim etdiyi məlumata müvafiq olaraq ölkə Azərbaycana 62 ədəd T-72 tankı və Su-25 çatdırıb.
Oxu.Az bu barədə udf.by saytına istinadən bildirib.
Eyni zamanda, BMT-nin nəzərə aldığı digər mənbələrin məlumatına əsasən, Belarusun Azərbaycana 2011-ci ildə 31 ədəd Т-72 tankı, 60 ədəd BTR-70, 90 ədəd 122 millimetrlik D-30 qoşqulu haubitsa, dörd Su-25 göndərdiyi bildirilir.
Belarus hakimiyyətinin BMT-nin adi silahlanma üzrə registrinə verdiyi məlumatına əsasən, 2010-cu ildə Azərbaycana Su-25 və 30 ədəd D-30 haubitsası çatdırılıb.
2009-cu ildə Belarus tərəfindən Azərbaycana beş Su-26 və doqquz 203 millimetrlik özüyeriyən 2C7 “Pion” haubitsası çatdırılıb.
2008-ci ildə Azərbaycana üç ədəd 203 millimetrlik özüyeriyən 2C7 “Pion” haubitsası çatdırılıb.
2006-cı ildə Belarus Azərbaycana 41 ədəd T-72 tankı çatdırıb.
2005-ci ildə isə Azərbaycana 19 ədəd T-72 tankı çatdırılıb.