İşğal edilmiş Dağlıq Qarabağda separatçıların hərbi “KamAz”ı fuqs minasına düşüb.
Sürücü və beş hərbçi həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Armpaper.com erməni portalı yazıb.
Xəbər verildiyi kimi sentyabrın 9-da snayper atəşi nəticəsində iki işğalçı məhv edilib.
Sentyabrın 10-da saat 10:00 radələrində separatçıların hərbi hissəsinin yaxınlığında şimal istiqamətində hərbi “KamAz” minada partlayıb, maşında hərbçilər olub.
Partlayış nəticəsində 5 erməni işğalçısı və mülki şəxs - sürücü həlak olub.
Armpaper.com hadisənin təfərrüatlarının araşdırıldığını yazır.
