Aprelin 4-də Azərbaycan dron-kamikadzesinin hücumu nəticəsində yaralanmış daha bir erməni muzdlusu Ermənistanda öldü.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, 56 yaşlı Karo Ambartsumyan Qarabağa Sisiandan gedib.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 4-də Azərbaycan pilotsuzu “Harop” avtobusa çırpılıb və nəticədə 7 muzdlu ölub, digərləri isə ciddi xəsarət alıb.
Bir müddət öncə erməni muzdlusu Armen Oqanesyanın öldüyü haqqında məlumat yayılmışdı.
Beləliklə də Karo Ambartsumyan erməni muzdlularının olduğu avtobusa dron “Harop”un hücumu nəticəsində ölən 9-cu muzdlu oldu.