Azərbaycan girovluqda olan erməni diversantların gələcək aqibəti ilə bağlı məsələni götür-qoy edir.
Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov açıqlama verib.
“Onların mübadiləsi ilə bağlı əvvəllər də təkliflər olub. Bu istiqamətdə işləməyə və irəliləməyə hazırıq”, – deyə İ.Axundov jurnalistlərə bildirib.
Dövlət komissiyasının İşçi qrupunun rəhbəri Azərbaycanın işğal olunmuş torpaqlarında əsir saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun vətənə qaytarılması istiqamətində səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
“Bu istiqamətdə işlər davam etdirilir. Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir”, - deyə rəsmi bildirib.
Rəylər