Dünyaca məşhur fotoqraf Reza Deqati 28 ildən sonra yenə Şuşadan paylaşım edib.
Amma bu dəfə azad Şuşadan.
Fotoqraf “Twitter” və “Instagram” hesablarından fotonu elə bu adla paylaşıb.
“28 il əvvəl Şuşada çay içdim. Həmişə şəhərə qayıtmaq və yenidən çay içmək istəyirdim, nəhayət, oraya qayıtdım və Xankəndiyə baxan ən yüksək təpənin başında çay içdim”, - deyə o qeyd edib.
Fotoqraf 28 il əvvəl Şuşa ilə bağlı xatirələrini də yazıb:
“1992-ci ilin aprelində Şuşadan çıxanda erməni qüvvələri tərəfindən mühasirəyə alındım və snayperlərin atəşi altında çox çətin dağ keçidini piyada keçməli oldum. Üç dəfə onlardan yayına bildim.
Şəhərdən çıxmazdan əvvəl mənə kömək edən və bələdçim olmuş döyüşçülərdən ikisi ilə son çay içmək istədim. Onlardan biri komandir Ramiz Qənbərov idi. Sonradan döyüşdə şəhid olduğunu və Milli Qəhrəman adını qazandığını öyrəndim. Şəhər 8 mayda erməni hərbçilərinin əlinə keçdi”.
Deqati bildirib ki, 2021-ci ilin ilk günündə ən böyük arzusu sülhün qalıcı olmasıdır.
FIRST TEA IN LIBERATED SHUSHA
— REZA (@REZAphotography) January 1, 2021
28 years ago I had a tea in #Shusha.
I always wanted to return to the city and drink a new one
I finally returned there and had one at the top of the highest hill overlooking Khankendi. After covering two Karabakh wars I hope peace will be permanent pic.twitter.com/sz29GGFCq2
Посмотреть эту публикацию в Instagram
"Şuşa" teqi üzrə xəbərlər
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - Video
- Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
- Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
- Məktəbləri və milli təhlükəsizliyimizi təhdid edən radikallarla bağlı ÇAĞIRIŞ EDİLDİ
- Şuşada mina partlayışında xəsarət alan şəxsin SON VƏZİYYƏTİ - VİDEO
Digər xəbərlər