Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması ən vacib arqumentdir.
Oxu.Az Virtualaz.org-a istinadən məlumat verir ki, bunu Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması - çox ciddi məsələdir”, - Duqin bildirib.
Politoloqun sözlərinə görə, əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qaytarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq.
“Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə mürəkkəbdir və daha çox vaxt tələb edə bilər”, - politoloq vurğulayıb.
S.B.
www.oxu.az