Müdafiə Nazirliyi Azərbaycan ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızla bağlı videoçarx hazırlamağa davam edir.
Budəfəki videoçarx leytenant İsmayılzadə Elgün Barat oğluna həsr olunub.
Bildirilib ki, o, düşmənin dayaq istehkam məntəqələrini, ağır artilleriya batareyalarını, sursat və şəxsi heyət daşıyan nəqliyyat vasitələrini və canlı qüvvələrini dəqiq atəşlə məhv edib.