Ermənistan ordusunun 18 yaşlı əsgəri Aristakes Azatyan ona təhkim olunmuş avtomatdan özünə atəş açıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı araşdırmalar başlanıb. Mənbənin sözlərinə görə, Azatyan AK-74 avtomatından açılan atəş nəticəsində ölüb.